daxil ol
Buradan, bizim saytı öz tanışlarınıza, məsləhət edə bilərsiniz.
Sizin e-mail ünvanınız:
Dostunuzun e-mail ünvanı:
 
RU     AZ
Ünvan: Xətai rayonu, Qaçaq Nəbi küç., 2
Telefon: (012) 375 56 63, (070/050) 364 66 25
Yumuşaldıcılar

Su yumşaltma prosesi ion dəyişikliyi - sərtliyə səbəb olan kalsium və maqnezium ionlarını ehtiva edən suyun, natrium formunda kaionik bir qətrandan keçirilməsi ilə reallaşdırılır. Sərt su natrium əsaslı qətrandan keçərkən daxilindəki sərtlik ionları (Ca+2 və Mg+2) qətrana bağlı olan natrium (Na+) ionları ilə yer dəyişdirir. Müəyyən miqdarda sərt su qətran yatağından keçdikdən sonra, qətran dənəcikləri tamamilə sərtlik mineralları ilə örtülür. Bu proses sərtlik minerallarının tutulması ilə başa çatır.

Sərtlik ionlarının sudan təkrar tutula bilməsi üçün qətran dənəciklərinin sərtlik minerallarından qurtularaq təkrar natrium ilə bağlanması lazımdır. Bu prosesə "Regenerasiya" deyilir. Regenerasiya prosesi geri yuma, duzlu su udma, yavaş durulama, tez durulama və duzlu su dolma olmaq üzrə 5 əsas mərhələdən ibarətdir. 5 mərhələnin tamamlanması nəticəsində qətran kalsium (Ca2+) və maqnezium (Mg2+) ionlarından qurtulur, natrium (Na+) ionlarını özünə birləşdirir və yenidən xidmət üçün hazır olur.

Su yumşaltma avadanlıqlarının dizaynı hazırlanarkən qətran bakı içinə yerləşdiriləcək qətran miqdarı xam suyun xarakterinə, günlük ortalama axımına və pik su istehlakına əsaslanaraq hesablanılır. Həmçinin regenerasiya prosesi, vaxt kontrolu, axım kontrolu və ya sərtlik analizi ilə çıxış suyunun sərtlik dərəcəsi ölçüsünə bağlı olaraq avtomatik təmin edilə bilir.