daxil ol
Buradan, bizim saytı öz tanışlarınıza, məsləhət edə bilərsiniz.
Sizin e-mail ünvanınız:
Dostunuzun e-mail ünvanı:
 
RU     AZ
Ünvan: Xətai rayonu, Qaçaq Nəbi küç., 2
Telefon: (012) 375 56 63, (070/050) 364 66 25
Ana Səhifə

Su nədir?

Su (H2O)  hidrogenin oksigenlə adi şəraitdə davamlı olan sadə kimyəvi birləşməsidir. Rəngsiz (qalın təbəqələri göyümtül), dadsız və iysiz mayedir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir.

Su – həyatdır

Yer kürəsinin 2/3-i sudan ibarətdir. Amma "su – həyat mənbəyidir" fikri bundan xeyli əvvəl səslənib. Sonralar isə insana aydın olub ki, su – elə həyatın özüdür. Dünyadakı bütün canlıların (bitkilər, heyvanlar, insanlar) orqanizmi bu və ya digər nisbətdə, sudan ibarətdir. Ortalama olaraq, insan bədənin 78%-i sudan ibarətdir. Suyun sanitariya-gigiyenik əhəmiyyəti böyükdür.

Su – həlledicidir

Su çox universal mühitdir. İnsanın qidasını təşkil edən nemətlərin böyük əksəriyyəti suda həll olur. Su olmasa, insanın həzm prosesi pozular – orqanizmin qidalanması mümkün olmaz. Belə ki, bütün qida maddələri yalnız suda həll olmuş vəziyyətdə (sulu məhlul halında) insanın həzm sistemi tərəfindən "emal" oluna bilir.

Evimizə daxil olan suyun tərkibi
Evimizə daxil olan suyun tərkibində, xlor, dəmir, mis, sink, formaldegid, arsen, benzol, fenol, civə, dizentiriya yaradan bakteriyalar, mikroblar və viruslar mövcuddur. Nəzərə alsaq ki, insan bədəni 78% sudan ibarətdir və gündə 3 litr su qəbul edirik, o zaman bir il ərzində bu maddələrlə bədənimizin  nə qədər çirkləndiyini düşünün. Belə suyun qəbulu insan bədənində hər cür onkoloji xəstəliklər yaradır.

İçməli su probleminin həlli

İçməli su probleminin həlli – “Əks Osmos Sistemli su filtrləri”.

Nəticədə su qarışıqlardan azad olur: dəmir, ammonyak və ammonium duzları, nitratlar, nitritlər, ftorlar, sulfatlar, xloridlər, bikarbonatlar, kalsium, magnezium, xlor qalığı, silisium, natrium, alümin qalığı. Bundan başqa, əks osmos filrlərin sayəsində suyun ümumi codluğu azalır və suyun qaynadılması zamanı ərpin əmələ gəlməsinin qabağını alır. Əks osmos filtrlərində təmizlənmiş su pis qoxulardan azad olur, heç bir başqa su təmizləmə sistemi bunu təmin etmir. 

Əks osmos sistemli su filtrləri nədir?

Əks osmos – molekulyar səviyyədə su təmizləmə texnologiyasıdır.
Əks osmos filtrləri su kəmərinə qoşulur, təmizlənmiş su öz kranına verilir və çirkli su isə kanalizasiyaya axıdılır. Membranın filtrinin məsamələri 0,0001 mikrondur və burdan ancaq suyun molekulu və oksigen keçə bilir, bunun sayəsində filtrin çıxışında dadlı, xeyirli içməli su alınır. Bu suyu qaynatmadan içmək olar.